15 İyul 2020 01:16
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Votsap”ın fəaliyyətində ciddi nasazlıq müşahidə edilir.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkənin işində problemlər bir sıra ölkələrdə, o cümlədən ABŞ-da, Niderlandda da müşahidə olunur.

Qeyd edək ki, sosial şəbəkədə yaranmış problemlə bağlı müxtəlif şayiələr yayılıb. Bəziləri bunun yalnız Azərbaycanda müşahidə edildiyini, guya təxribat xarakter daşıdığını bildirir. Lakin əslində belə deyil. Qeyd etdiyimiz kimi, sosial şəbəkədəki bu problem dünyanın bəzi ölkələrində müşahidə edilir.

Dünyanın aparıcı internet resurslarının fəaliyyətini izləyən "Downdetector" saytı da “Votsap”ın fəaliyyətində problemlərin yarandığını bildirib.


Müəllif: Teleqraf.com