15 İyul 2020 17:56
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda hökumətin toplantısını keçirən Prezident Həsən Ruhani ABŞ-a qarşı ittihamlarla çıxış edib.

Teleqraf.com xəbər verir ki, toplantıda 4+1 formatında imzalanan nüvə sazişi ətrafında müzakirələr aparılıb. 4+1 formatında imzalanan nüvə sazişinin sadəcə İranın mənfəətləri və ya bölgə ölkələri ilə münasibətlərin müzakirə mövzusu olmadığını xatırladan Prezident Ruhani bildirib ki, 4+1 ölkələri diqqətlə hərəkət etmədiyi təqdirdə ABŞ-ın təsiri altında düşə və əsl zərər bu zaman baş verə bilər:

“Bu vəziyyət hər kəsə zərərli olar”.

Gələcək həftələrdə nüvələr anlaşmasının qazancı olan İrana yönəlik silah embarqosunun aradan qaldırılması məsələsinə toxunan Həsən Ruhani qeyd edib ki, ABŞ-ın indiki hökuməti heç bir şeyin ölçüsü ola bilməz:

“Çünki amerikalılar bu günlərdə su, səhiyyə, ətraf mühit sahəsində beynəlxalq qurumlardan, UNESCO-dan çəkilmək haqqında düşünür. ABŞ-ın bütün dostları və xalqının əhəmiyyətli bir bölümü bu addımların həm ABŞ-ın, həm də dostlarının zərərinə olduğunu qəbul edir”.

Prezident Ruhani ölkədə artan COVİD-19 pandemiyası haqqında da danışıb:

“14 iyundan etibarən pandemiyanın ikinci dalğasının şahidi olduq. Bu dəfə virusun mərkəzi bölgələrdə deyil, ölkənin cənub hissəsində və sərhəd bölgələrdə rast gəlinib. Virusun ikinci dalğası birinci dalğadan daha şidddətlidir. Təəssüflər olsun ki, xalqımız bu mərhələdə pandemiyanın yox olduğunu düşündü”.

Əyalətlərdə rəhbərliyinin pandemiyaya qarşı əhəmiyyətli addım atmaq səlahiyyətində olduğunu bildirən Ruhani söyləyib ki, birinci dalğa zamanı xalq çağırışlara tabe oldu və hökumətə dəstək verdi:

“Bu gün də yardıma və əməkdaşlığa ehtiyacımız var. Birincisində iki ay çətin oldu, sonra azalma baş verdi. İndi ikinci dalğada bir aydır ki, şiddətli keçir”.


Müəllif: Cavad

Oxşar xəbərlər