İran prezidenti Həsən Ruhani tutduğu postdan istefa verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə bu gün Hökumət Kabinetinin iclasında danışıb.
Ruhani bildirib ki, son ana qədər bəzi yalan məlumatların yayılmasına baxmayaraq, öz vəzifəsində qalacaq:
“İslam Respublikasının rəhbərinə söz verirəm və bəyan edirəm ki, hökumət bütün gücü ilə son günə, saata və ana qədər ilk gündəki əhval-ruhiyyəsi ilə söz-söhbətlərə fikir vermədən xalqa xidmət etməyə davam edəcək”.
Qeyd edək ki, bir müddət əvvəl İran parlamentinin 130-dan çox deputatı prezidentin sorğuya çəkilməsi ilə bağlı layihə təqdim edib. Lakin ölkənin dini lideri Əli Xameneyi millət vəkilləri ilə keçirdiyi onlayn iclasda prezidentin impiçmentinə qarşı olduğunu bildirib.