16 İyul 10:07
12 037

Türkiyənin Van şəhərinin Çevaş qəsəbəsi yaxınlığında türk polisinə məxsus təyyarə yerə düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı təyyarənin 2 pilotu və 5 polis vəfat edib.

Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, Vanda kəşfiyyat təyyarəsi yerə düşüb: “Bazar ertəsindən etibarən Van və Hakkaridə kəşfiyyat və müşahidə xidməti aparan 2015-ci il model kəşfiyyat təyyarəsi uçuşlar həyata keçirir. İyulun 15-dən təyyarə Van hava limanından havaya qalxıb. Son olaraq təyyarə ilə saat 22:32-də əlaqə saxlanılıb. 22:45-də isə təyyarə ilə həm radar, həm də rabitə əlaqələri kəsilib”.

Soylu əlavə edib ki, təyyarə Artos dağının 2200 metr yüksəkliyinə dəyərək qəza edib: “Təyyarədə 2-si pilot olmaqla , 7 əməkdaşımızı itirmişik”.


Müəllif: Cavad