16 İyul 2020 10:44
2 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın legitim milli etimad hökumətinə bağlı qüvvələrin Sirt şəhərinə hücumu ərəfəsində məlum olub ki, Rusiyaya bağlı Vaqner şirkətinin muzdlu döyüşçüləri həmin ərazini tərk edərək neft limanlarına doğru çəkilib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mətbuatı yerli qaynaqlara istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, Sirtə hücum hazırlıqlarının tamam olduğu, hər gün hücuma başlanılma ehtimalı olduğu bir ərəfədə legitim hökumətin xeyrinə olan informasiyalar ortaya çıxır. Yerli qaynaqlar Rus Vaqner şirkətinin muzdlu döyüşçülərinin Sirtədən çıxaraq, qiyamçı Haftarın nəzarətində olan şərq bölgələrindəki neft limanlarına çəkildiyini açıqlayıb. Vaqner muzdlularının hava müdafiə radarlarını Sirt istiqamətindən söküb Əl-Cufra bölgəsində yerləşdiyi də iddia edilib.

Mənbələr qeyd edib ki, Vaqner muzdlu döyüşçüləri Sirtə şəhərindən 25 kilometr qərbdə yerləşən Vadi Varf bölgəsinə çəkilib. Bu arada Dubayda “Al Hadath” sosial şəbəkəsi üzərindən Haftar qüvvələrinin Liviyada yeni hava müdafiə sistemlərini quraşdırdığı açıqlanıb. İddia edilib ki, S-300 kompleksləri ilə yanaşı, BUK hava müdafiə sistemləri işlək vəziyyətə gətirilib.


Müəllif: Cavad