16 İyul 2020 11:12
7 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus qırıcılar Suriyanın şimalındakı Bab qəsəbəsinə hava hücumu təşkil edib.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Yerli qaynaqlar xəbər verir ki, Rusiyaya aid qırıcı ötən gecə saat 22:29 və 22:44 radələrində hava hücumu həyata keçirib.

Qeyd edək ki, hücum zamanı öldürülən və yaralananlar mülki insanlardır. Rus qırıcısının hücumundan sonra əraziyə Mülki Müdafiə qrupları gələrək hücum zamanı vurulan binaların altında qalan insanları xilas etməyə başlayıb. Yaralılar dərhal qəsəbə xəstəxanasında yerləşdirilib.

Xatırladaq ki, rus qırıcısının bombaladığı Bab qəsəbəsi 2017-ci lin qışında Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən İŞİD-dən təmizlənib.


Müəllif: Cavad

Oxşar xəbərlər