17 İyul 2020 00:46
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə apellyasiya məhkəməsi “İŞİD gəlini” kimi qələmə verilən Şamima Begümün hökumətin vətəndaşlıqdan çıxarma qərarına qarşı qanuni şəkildə mübarizə apara bilməsi üçün ölkəyə qayıtmasına icazə verib.

Teleqraf.com xəbər verir ki, İngiltərə Daxili İşlər naziri məhkəmənin bu qərarına etiraz edib.

Nazir qərardan böyük məyusluq keçirdiklərini və yuxarı instansiyaya müraciət ediləcəyini deyib.

Qeyd edək ki, məlum qərar 2015-ci ilin yanvar ayında İŞİD terror təşkilatına qoşulan İngiltərəli 3 gənc qızdan biri olan Şamima Begümün 2019-cu ildə ləğv edilən vətəndaşlığını geri alması üçün ölkəyə qayıdışına yol açır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər