17 İyul 2020 10:46
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə “Rus aktyorlar”ı İngiltərə-ABŞ ticarət anlaşması görüşlərinə dair bilgiləri internetdə yayaraq seçkilərə müdaxilə etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, İngiltərə Xarici İşlər naziri Dominika Raab bununla bağlı yazılı açıqlama ilə çıxış edib.
Açıqlamada qeyd edilir ki, dərin analizlərə göə, hökumət "Rus akyorlar"ın qanunsuz yolla sızdırılan hökumət informasiyalarını internetdə yayaraq 1019-cu il seçkilərinə müdaxilə etməyə çalışıb.

İngiltərə-ABŞ Azad Ticarət Anlaşması ilə bağlı həssas bilgilərin 2019-cu il seçkiləri öncəsi qanunsuz şəkildə əldə edildiyini bildirən nazir əlavə edib ki, bu informasiyalar sosial şəbəkələrdə peyda olub.

Dominika Raab əlavə dib ki, bu informasiyaların diqqət çəkməməsi səbəbindən seçkilərdən öncə daha çox cəhdlər edilib.

Seçkilərə qarşı “böyük ölçüdə rus kampaniyası” olduğuna dair fakt tapılmadığnı qeyd edən xarici işlər naziri bildirib ki, demokratik prosesə müdaxilə etmək cəhdi heç bir şəkildə qəbul edilməzdir: “İngiltərə demokratiyası və seçkilərin qorunması mütləq bir öncəlikdir və bunun qorunması hər birimizin vəzifəsidir. Seçkilərə cəhdlər bağlı araşdırmalara başlanılıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər