17 İyul 2020 10:55
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bir sutka ərzində COVID-19-a yoluxma 75 mini ötüb.

Teleqraf.com xəbər verir ki, məlumatı Con Hopkins Universiteti yayıb.

Məlumata görə, ABŞ-da son sutka ərzində 75 min 255 yeni yoluxma halı qeydə alınıb.

Beləliklə, ölkə daxilindəki yoluxanların ümumi sayı 3 milyon 576 min 156-ya yüksəlib. Ümumi itkilər 138 358 olaraq açıqlanıb.


Müəllif: Yeganə Oqtayqızı