17 İyul 2020 11:49
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) Komandanı, general Kenneth Mkenzi PKK/YPG-nin liderlərindən Fərhad Abdi Şahinlə (Məzlum Kobanni) görüşüb və terrorçu liderə “general” deyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, CENTCOM-un komandanı PKK/YPG ilə İŞİD-ə qarşı birgə fəaliyət aparılacağını da bəyan edib.

Qeyd edək ki, Fərhat Abdi Şahin ötən həftə Tvitter hesabında amerikalı komandanın onu ziyarət etdiyini bəyan etmişdi, Pentaqon isə bu məlumata aydınlıq gətirməmişdi.

“Amerikasının səsi”nə belə bir görüşün keçirildiyini etiraf edən general Kenneth Mkenzi bəyan edib ki, Fərat çayının şərqinə səfər edərkən “general” Abdi Şahinlə görüşmək fürsəti olub: “Oradakı hərbçiləri də ziyarət etdim. “General” Məzlum Kobanniyə ortaqlığımızın davam etdiyi mesajını verdim”.

Məzlum Kobanni ilə görüşündə Suriyanın şimal şərqində YPG-nin əsas strukturu olan SDG nəzarətindəki düşərgə və həbsxanalar məsələsinin gündəmə gətirildiyinə diqqət çəkən CENTCOM komandanı bildirib ki, bu qurumları onlar idarə etmir: “Amma həm təhlükəsizlik səbəbindən, həm də insani baxımdan narahatıq. Bu səbəbdən SDG-yə, xüsusilə yerlərində edilən xalqla bağlı əlimizdən gələn dəstəyi verməyə hazırıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər