17 İyul 2020 13:07
10 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyan Robert Bazikyanın Milli Təhlükəsizlik Xidməti direktorunun müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat verilib.

“Baş nazirin Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, habelə “Milli təhlükəsizlik orqanlarında xidmətkeçmə haqqında” qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq irəli sürdüyü təklif əsas götürülərək Robert Bazikyan vəzifəsindən azad edilsin və xidmətdən xaric olunsun”, – deyə sənəddə bildirilir.

Ermənistan mediası qeyd edir ki, bu maddəyə görə işdən azad olunan milli təhlükəsizlik orqanı əməkdaşları yalnız yaşa görə pensiya almaq hüququ əldə edirlər.

Robert Bazikyan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini vəzifəsində cəmi yarım il çalışıb. Belə ki, o bu vəzifəyə 2019-cu ilin dekabrında təyin edilmişdi.

Hələ iyul ayının əvvəllərində “Hraparak” qəzeti Ermənistan MTX direktorunun daxili siyasi təhlükəsizlik məsələlərini koordinasiya edən müavini Robert Bazikyanın işdən çıxmaq barədə ərizə yazdığı barədə xəbər yaymışdı. Qeyd edilmişdi ki, MTX-nin konstitusiya quruluşunun qorunması və terrorizmə qarşı mübarizə departamentinin rəhbəri Narek Poqosyan da onunla birlikdə ərizə yazıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər