“Ankaranın Ayasofya ilə bağlı verdiyi qərarın Rusiya-Türkiyə münasibətlərinə zərər verəcəyini düşünmürəm”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, Türkiyənin daxili işidir, bizim rəsmi mövqeyimiz də bu yöndədir. Sadəcə olaraq, türk dostlarımızın Ayasofyanın YUNESKO-nun “Mədəni İrs” siyahısında olduğunu və bunun bir çox xristian üçün müqəddəs bir məna daşıdğını nəzərə alacağına ümid edirik”, - Peskov vurğulayıb.
O hesab edir ki, Türkiyə tərəfinin bu qərarı Ayasofyaya girmək istəyən xristianlara əngəl olmayacaq: “Türk dostlarımızdan hər şeyin ən yaxşı şəkildə saxlanacağına və Ayasofyanın hər kəsin üzünə açıq qalacağında dair açıqlama aldıq. Ayasofyaya giriş bileti olduqca bahalı idi. İndi artıq bilet almağa ehtiyac qalmayacaq. Bu baxımdan, turistlərimiz qazanclı çıxacaq”.