18 İyul 2020 17:46
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Xarici İşlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında ABŞ-ı sərt tənqid edib. O, Birləşmiş Ştatların mənəviyyatını, ağlını və etibarını itirdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən açıqlamada bildirilir.

Nazirin sözlərinə görə, ABŞ digər ölkələri gözdən salmaq üçün koronavirus pandemiyasından istifadə edir. O, əlavə edib ki, ABŞ birtərəfli fəaliyyət, eqoizm və hədə-qorxu siyasətini ifrat həddə gətirir.


Müəllif: Səxavət