Piratlar Qvineya körfəzinin Beninə məxsus sahillərində “MV Curacao Trader” tankerindən 13 Rusiya və Ukrayna dənizçisini qaçırıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə tankerin idarəetmə şirkəti olan “Alison Management Corp.” məlumat yayıb.
“MV Curacao Trader” tankerinin idarəetmə şirkəti “Alison Management Corp.” bildirir ki, onun gəmisinə iyulun 17-də saat 11:00-da Benin sahillərindən təxminən 210 dəniz mili uzaqlıqda dəniz quldurları tərəfindən hücum edilib. 19 ekipaj üzvündən 13-ü (ruslar və ukraynalılar) quldurlar tərəfindən girov götürülüb”, – deyə şirkət bildirib.
Qeyd olunur ki, hazırda tanker ekipaj çatışmazlığı üzündən körfəzdə ləngər vurur. Tankerə kömək məqsədilə “MV Frio Chikuma” gəmisi göndərilib.