Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda “TOGG” avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, ilk avtomobili 2022-ci ildə istifadəyə verəcək zavod, 2030-cu ilin sonunadək 5 fərqli modellə ümumilikdə 1 milyon ədəd minik maşını istifadəyə verməyi planlaşdırır.
Təməlqoyma mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni avtomobil zavodunun inşasına xeyir-dua verərək bildirib ki, Türkiyənin istehsal sənayesində nailiyyətlər davam edəcək: "Bunun üçün əzm, cəsarət və mücadilə tələb olunur. Türkiyə avtomobilinin səsi sadəcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərindən gələcək".
Sənaye və Texnologiyalar naziri Mustafa Varank TOGG (Türkiyə Otomobili Girişim Grubu Sanayi) Anonim Şirkəti tərəfindən qurulan zavodun texniki imkanlarından danışaraq vurğulayıb ki, zavod ən müasir texnologiyalarla təchiz ediləcək.