19 İyul 2020 23:23
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın xarici işlər naziri Cefri Oneama yeni növ koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, C.Oneama bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Şənbə günü boğazımdakı qıcıqlanmanın ilk əlamətini hiss edərkən koronavirus üçün dördüncü testi etdim. Testin cavabı indi geri qayıdıb, müsbətdir. Tibb müəssisəsində təcrid olunmağa gedirəm", - xarici işlər naziri bildirib.

Koronavirusun birinci hadisəsinin fevralın 27-də aşkarlandığı Nigeriya hazırda Saxara səhrasından cənubda yerləşən qitə dövlətləri arasında yoluxanların sayına görə ikinci yerdədir - 34 854. Ümumilikdə isə ölkədə adı çəkilən virusdan 769 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər