Misirdə Qəzzanın yenidən abadlığı üçün keçiriləcək konfransa Türkiyə də dəvət edilib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Fələstinin Qahirədəki səfiri Camal Eş- Şevbəki deyib. Onun sözlərinə görə, forumda 30 ölkənin xarici işlər nazirləri, həmçinin müxtəlif dövlətlərin 50-dən çox nümayəndəsi iştirak edəcək. Eş-şevbəki konfransın açılışını Fələstin prezidenti Mahmud Abbas və misirli həmkarı Əbdul-Fəttah es-Sisi edəcəyini qeyd edib.
Abbasın Qəzzanın abadlığı, İsrail işğalının sona çatması və müstəqil Fələstin dövlətinin qurulması üçün beynəlxalq cəmiyyətdən dəstək istəyəcəyi gözlənilir.
Xatırladaq ki, İsrailin iyulun 7-də başladığı və 51 gün davam edən hücumlarda 2157 nəfər həyatını itirib, 11 mindən çox adam da yaralanıb. Hücumlarda 17200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılıb, minlərlə bina zərər görüb. Fələstin İnkişaf və Yenidənqurma İqtisadi Şurasının sədri Məhəmməd Eştiye Qəzzanın yenidən abadlığı üçün 7,8 milyard dollara ehtiyac olduğunu açıqlayıb.
Samir