20 İyul 2020 10:12
1 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın siyasi və işgüzar elitası aprel ayından bəri Qamaleya Milli Araşdırma Mərkəzinin sayəsində eksperimental peyvəndi əldə edə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, yüzlərlə rus peyvəndin hazırlanması prosesində iştirak edib. Prosesdə alüminium şirkəti “Rusal” və “Fosaqro”nun iştirakları da diqqət çəkib. Yüksək vəzifəli bir şəxsin prosesi yaxından izləməsi üçün COVID-19 əleyhinə peyvənd edildiyi iddia olunub. Təcrübənin bəzi iştirakçıları peyvənd tətbiq edildikdən sonra qızdırma və əzələ ağrısı keçirdiyini deyiblər.

Lakin siyasi elitanın hamısı peyvənd olunmağa razı olmayıb. Bu, peyvəndin təhlükəsizliyinin təsdiqlənməməsi ilə izah edilib. Kreml Prezident Vladimir Putin və ya ətrafındakılardan kiminsə peyvənd olunmasına dair heç bir açıqlama verməyib.

Bundan əvvəl, Rusiya Müdafiə Nazirliyi koronavirusa qarşı vaksin sınağının son mərhələsini elan etmişdi. Məlumatda bundan sonrakı mərhələdə peyəvndin kütləvi istehsalının başlayacağı bildirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər