20 İyul 2020 10:50
1 351

Türkiyə və İran arasında təyyarə reysləri təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb İranda COVİD-19 pandemiyasına yoluxanların sayından kəskin artımın müşahidə edilməsidir.

İran Hava Yolları Birliyinin nümayəndəsi Maqsud Əsədi Samani deyib ki, təyyarə reyslərinin dayandırılması Türkiyə Nəqliyyat və Səhiyyə nazirliklərinin tələbi əsasında olub.

Qərara əsasən bu gecədən iki ölkə arasında təyyarə reysləri dayandırılıb, satılan biletlər isə geri qaytarılıb.


Müəllif: Cavad