20 İyul 2020 13:23
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə xüsusi təyinatlı qüvvələri Şimali İraq dağlarındakı mağaralarda keçirdiyi əməliyyat sayəsində 100 İŞİD terrorçusunu məhv edib.

Teleqraf.com xəbər verir ki, ingilis əsgərlərinin əməliyyatının hədəfi elə ingilis cihadçılarını ələ keçirmək olub.

Məlumatda qeyd edilir ki, İngiltərə xüsusi təyinatlılarının keçirdiyi əməliyyat “Əl-Qaidanın” 2011-ci ildə öldürülən lideri Üsame Bin Ladeni tapmaq məqsədilə keçirdiyi əməliyyatın bənzəri olub.

Aprelin 10-dan başlayan əməliyyatlarda həbsxanalardan qaçan terrorçuların qaldığı mağara və tunellərə basqınlarla müşahidə edilib. Son 3 ay ərzində Şimali İraqda azı 10 fərqli əməliyyat keçirən İngiltərə xüsusi təyinatlıları bənzər əməliyyatların Suriyada da keçirildiyini təsdiqləyib.

İngiltərə xüsusi təyinatlılarının bu əməliyyatlarında peşəkar snayperlərdən, top bateriyaları, Tayfun təyyarələri və dronlardan istifadə edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər