20 İyul 2020 14:29
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə "Hızır" zirehli hərbi avtomobilin ixracatına start verib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin ən güclü hərbi avtomobillərindən olan “Hızır”la bağlı müqavlə 2019-cu ildə imzalanıb.

Onun ilk partiyası Afrika ölkəsindən birinə təhvil verilmək üçün göndərilib. Müqavilənin dəyəri 20,7 milyon dollardır.

Zirehli avtomobilin sərhəd təhlükısizliki üçün nəzərdə tuturlan versiyası Türk Silahlı Qüvvələrinin arsenalına daxil olub. Bu avtomobillər sərhədlərin mühafizəsində aktiv xidmət edir.

Məlumata görə, ilin sonuna qədər bu avtomobillərin ixracatı 45 milyon dollar civarında olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər