Türkiyə Müdafiə naziri Hulusi Akar bu ölkəyə səfər edən Liviya Daxili İşlər naziri Fethi Başağa ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyində rəsmi törənlə qarşılanan Liviya Daxili İşlər naziri Fethi Başağa Atatürkün məzarını ziyarət edəcək.
Bundan sonra nazirlər arasında təkbətək görüş kçiriləcək.
Liviyalı nazirin Ankara səfəri maraqlı mülahizələrin ortaya atılmasına səbəb olub. Analitiklər hesab edirlər ki, nazir Başağa Türkiyə rəsmiləri ilə Cufla və Sirtə şəhərlərinə ediləcək hücum əməliyyatının detallarını bir daha müzakirə edəcək. Ola bilsin ki, bu məsləhətləşmələrdən sonra Liviyanın legitim hökuməti qiyamçı Haftarı cəzalandırmaq və şəhərə nəzarəti bərpa etmək məqsədilə Sirtə əməliyyatına başlasın.