Rusiya Prezidenti Vladimir Putin koronavirus infeksiyasına qarşı vaksin qəbul etməyib.
Teleqraf.com xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, preparat hələ sertifikatlaşdırılmayıb.
“İstənilən halda dövlət başçısına sertifikatlaşdırılmayan vaksin tətbiq edilməsi yəqin ki, çox da yaxşı hal deyil”, – deyə Kreml nümayəndəsi jurnalistlərə bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi könüllülərin iştirakı ilə koronavirus peyvəndinin klinik sınaq mərhələsinin uğurla başa çatdığını elan edib.
Səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, Rusiya peyvəndinin qeydiyyatı avqust ayına gözlənilir.