21 İyul 2020 00:56
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Təhsil naziri Milton Ribeyru və Mülki Hüquqlar naziri Oniks Lorençoni koronavirusa yoluxduqlarını bəyan ediblər.

Teleqraf.com xəbər verir ki, hər iki nazirin COVID-19 üçün götürülən analiz nümunələri bu gün müsbət çıxıb.

62 yaşlı Milton Ribeyru keçən həftə nazir vəzifəsinə təyin edilib, Braziliya prezidenti Jair Bolsonaru ilə görüşdüyü üçün koronovirusla bağlı test verib. Onlar görüşdüyü zaman hələ Braziliya prezidentinin COVID-19-a yoluxduğu məlum deyildi.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər