"Çikaqoda kriminal vəziyyət Əfqanıstandakından daha pisdir".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, cinayətlərin sayının artmasında günahkar şəhəri idarə edən liberal demokratlardır.
“Sizcə bu həftə sonundan sonra onların köməyə ehtiyacı var? Hansı rəqəmlərin olduğunu bilirsiniz? Çox sayda insan yaralanıb və ölüb. Bir-iki nəfərdən danışmıram - 18 nəfər öldürülüb. Və yayda nə qədər olacaq? Bu, birmənalı olaraq Əfqanıstandan daha pisdir”-deyə, Tramp vurğulayıb.