21 İyul 2020 08:45
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Nyufaundlend və Labrador əyalətində helikopter qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Torbern gölü yaxınlığında qeydə alınıb. Qəza zamanı helikopterdə 3 nəfər olub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir, qəzanın səbəbi araşdırılır.


Müəllif: Teleqraf.com