İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqi bombardman edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi SƏNA agentliyi məlumat yayıb.
Məlumatda hücumların Qolan Təpələrindən edildiyi, Dəməşqin cənubunun bombalandığı bildirilib. İtkiyə dair məlumat verilməsə də, ərazidəki infrastruktura zərər dəydiyi qeyd olunub.
Paytaxt Dəməşqin cənubunda Bəşər Əsəd rejimi ilə yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri də yerləşir.
İsrailin rəsmi dairələri hələlik məsələ ilə əlaqədar açıqlama verməyib.