21 İyul 2020 21:39
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son iki ildə PKK terror təşkilatına qarşı 234 mindən çox əməliyyat keçirmişik. Bu əməliyyatlar nəticəsində ümumilikdə 2 354 terrorçunu zərərsizləşdirmişik, beləliklə, ölkə daxilində terrorçuların sayı 400-ə qədər azalıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı ölkə daxilində 17 min hərbi əməliyyatın keçirildiyini də bildirib: “Əməliyyatlar və mübarizə hazırda da davam edir”.

Ərdoğan Liviya haqda isə bunları söyləyib: “Tripolini təhdid edən qiyamçıları geri oturtduq. Son zamanlarda bəzi gəlişmələrin şahidi oluruq, kimsə həvəslənməsin, ona da mükafat verməyəcəyik”.


Müəllif: Teleqraf.com