9 Oktyabr 2014 17:36
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nüvə proqramında mübahisəli məsələlərin aradan qaldırılmasına dair danışıqların davam etdirilməsi barədə razılığa gəlib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə məlumat MAQATE-nin rəsmi saytında dərc olunub. Yayılan xəbərlərə görə, müzakirələrin tarixi hələlik açıqlanmır.

Məlumatda həmçinin bildirilir ki, iranlılar mübahisəli məsələlərin həlli üzrə danışıqlarda yeni praktiki tədbirlər ilə bağlı MAQATE-yə təkliflər göndərməyib.

İran tərəfi isə bu görüşün noyabr ayında baş tutacağını bəyan edib.

Samir


Müəllif:

Oxşar xəbərlər