22 İyul 2020 11:36
2 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern işçisi ilə əlaqəsi təsdiqlənən İmmiqrasiya naziri İan Lis Qalloueyi vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazirliyin rəsmi saytından məlumat yerləşdirilib.

Baş nazirlə görüşən Lis Qalluouey işçisi ilə intim əlaqəsinin olduğunu etiraf edib.

Jasinda Ardern bildirib ki, ona bu haqda Yeni Zelandiyadakı ana müxalifətçi Milli Partiya lideri Cudit Kollinz elektron poçtla məlumat verib: “Nazirlə üzbəüz oturdum, ona suallar verdim, deyilənləri soruşdum. O, daha öncə ofisində və nazirliyə bağlı qurumlardan birində işləyən şəxslə müqaviləli münasibətlərinin olduğunu təsdiqlədi.

Bir nazir kimi davranışları ona etibarımın itməsinə yol açdı. Qərar qəbul etdim, o da növbəti seçkiyə qatılmayacağını söylədi”.

Lis Qalluouey Baş nazirdən və hər kəsdən üzr istəyib: “Vəzifədə qeyri-adekvat davrandım, nazir kimi işə davam edə bilməzdim. Ailəmi məyus etdiyim üçün üzr istəyirəm. Hərəkətlərimdən əziyyət çəkən hər kəsdən üzr diləyirəm”.


Müəllif: Yeganə Oqtayqızı