22 İyul 2020 13:53
3 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər nazirinin müavini Sergey Verşininin rəhbərliyi ilə Ankaraya səfər edən heyət türk həmkarları ilə 4 saatdan çox müzakirələr aparıb.

Teleqraf.com xəbər verir ki, müzakirələrin nəticələri Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşünə çıxarılacaq.

Türk və rus diplomatlarının razılaşma əldə edəcəyi təqdirdə Ankaraya səfəri təxirə salınan Rusiya xarici işlər və müdafiə nazirlərinin görüşü bu həftə baş tutacaq.

Xatırladaq ki, dünən Ankaraya gələn rus heyət iki ölkə arasında gərgin nöqtələrdən olan Liviya ətrafında müzakirələr aparıb. Rus heyəti Türkiyə tərəfindən dəstəklənən Liviya milli etimad hökumətinin Sirtə şəhərinə hücumu ərəfəsində danışıqlara getməklə əslində Sirtəyə hücumun qarşısını almağa çalışırlar.

Başqa bir versiyaya görə, ruslar Sirtəni güzəştə getməklə əslində Cufraya hücum olmayacağına təminat almaq, həmçinin orada öz hərbi bazalarını yaratmaq istəyirlər.

Rus heyət Ankarada bu gün səhər saatlarında da müzakirələr aparıb və nahardan sonra Moskvaya dönməyi planlayır.


Müəllif: Cavad

Oxşar xəbərlər