22 İyul 2020 19:09
4 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Rusiyadan silah almaqda maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.

O, rəsmi Tehranın Rusiyadan silah-sursat almaqda maraqlı olduğunu və bu istiqamətdə tərəflər arasında müzakirələrin aparılacağını deyib.

Qeyd edək ki, BMT-nin İrana qarşı qəbul etdiyi silah embarqosu bu ilin oktyabr ayında sona çatır. ABŞ sanksiyaların uzadılacağını elan edib və İrana silah satan dövlətlərin sanksiyalara məruz qalacağını açıqlayıb.

Rəsmi Vaşinqton bildirib ki, Rusiya və Çin silah sataraq İrandan külli miqdarda gəlir əldə etmək üçün sanksiyanın davam etməsində maraqlı deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər