9 Oktyabr 2014 18:14
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Enbar şəhərində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının 37 üzvü öldürülüb.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, rəsmilərin verdiyi xəbərdə koalisiya təyyarələrinin İŞİD-ə məxsus maşını vurması nəticəsində 20 militan məhv edilib. Daha sonra Kebisə rayonunda İŞİD-ə məxsus yanacaq anbarına edilən hücumda 3 döyüşçü zərərsizləşdirilib. Fərat çayının yaxınlığında isə terror təşkilatına məxsus gəminin partladılması nəticəsində 7 xadim həyatını itirib.

Digər tərəfdən yezidilərdən ibarət silahlı dəstələrin Sincardakı dağlıq bölgədə 7 İŞİD hərbiçisini öldürdüyü qeyd edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər