Mini/Mikro Pilotsuz Uçuş Aparatlarını aşkarlamaq sistemi layihəsi çərçivəsində METEKSAN şirkəti tərəfindən hazırlanan Retinar FAR-AD Drone Detktion Radar sistemləri Türk ordusuna təhvil verilib.
Teleqraf.com-un məlumatına görə, Türkiyə Hərbi Sənaye Nazirliyinin tvitter hesabından bəyan edilib ki, Mini/Mikro Pilotsuz Uçuş Aparatlarını aşkarlamaq sistemi layihəsi çərçivəsində Meteksan şirkəti tərəfindən hazırdanan Retinar FAR-AD Drone Detktion Radar sistemləri təhlükəsizlik qüvvələrinə təqdim edilib.
Əlavə edilir ki, sistem geniş əraziləri avtomatik olaraq skan edərək dronlar üçün təhlükəsizlik qüvvələrinin əsas sensoru olacaq.