24 İyul 2020 00:42
71 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsanları yeni bir “Maydan”a çağıran xarici media qurumlarını Belarusdan qovmaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bəli, hökumətimizdə, Xarici İşlər Nazirliyində hamı oturub prezidentin əmrini gözləyir. Ölkəyə bu münasibət necədir? “BBC”, “Azadlıq “ radiosu, “Azad Avropa”nın ölkəyə münasibət necədir? Kütləvi iğtişaşlara çağırırlar. Niyə buna dözməliyik?”, - prezident qeyd edib.

Onun fikrincə, seçkiqabağı müddətə baxmayaraq, belə hallarda müvafiq tədbirlər görmək lazımdır: “Seçki kampaniyasının sonunu gözləməyə ehtiyac yoxdur. Qanunlarımıza uyğun gəlmədikləri təqdirdə buradan çıxarın”.

Eyni zamanda, o, bunu bir daha təkrarlamayacağını qeyd edib: “Mənə ləkə atdılar, indi artıq məntəqə komissiyalarının günahsız sədrlərinə əl atıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər