24 İyul 2020 08:45
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş məscid statusu almış Ayasofyaya üç imam təyin edib.

Teleqraf.com xəbər verir ki, məscidin imamları İstanbul Universitetinin islam hüquqları professoru Məhmət Boynukalın, digər İstanbul məscidlərinin imamları Fərruh Muştuər və Bünyamin Topçuoğlu olacaqlar.

Məscidə həmçinin müəzzinlər də təyin edilib.

Qeyd edək ki, iyulun 10-u Ayasofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərarı təsdiqləyib.

Bu gündən məscid kimi fəaliyyətə başlayan Ayasofyda ilk cümə namazı qılınacaq.


Müəllif: Teleqraf.com