24 İyul 2020 11:17
4 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp türk və rus həmkarları – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Çin dövlət başçısı Si Cinpinq haqda səsləndirdiyi fikirləri ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Tramp hər üç dövlət başçısının ağıllı olduğunu bildirib.

“Yaxşı işlər görürük, ən yaxşı iqtisadiyyata sahibik. Amma ölkəni ağıllı bir insan idarə etməlidir. Əgər bu insan (seçkilərdəki rəqibi Co Baydeni nəzərdə tutur) ağıllı deyilsə... Sizə bunu deyə bilərəm: dövlət başçısı Si, Prezident Putin və Prezident Ərdoğan çox ağıllıdır. Sənin (Bayden) mübarizə aparmaq istədiyin adamlar arasında ağıllı olmayan kimsə yoxdur”, - ABŞ prezidenti vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu