9 Oktyabr 2014 20:33
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hərbçiləri bu gün Sina yarımadasının şimalında müxalif silahlı qruplaşma sayılan “Ənsar Beyt əl-Maqsid”ə qarşı iri miqyaslı əməliyyat keçiriblər. Əməliyyat nəticəsində müvafiq qruplaşmaya daxil olan 20 yaraqlı qətlə yetirilib.

Teleqraf.com-un “İTAR TASS”a istinadən məlumatına görə, əməliyyat zamanı “Ənsar Beyt əl-Maqsid”in 2 lideri də öldürülüb. Yerli media xəbər verir ki, radikal qruplaşmanın üzvləri Rafah şəhəri hüdudlarında, Qəzza sektoru sərhədində zərərsizləşdiriliblər.

Son bir ay ərzində sözügedən radikal qruplaşmaya aid edilən 127 şəxs məhv edilib. Axrıncı əməliyyat zamanı isə qruplaşma üzvlərindən daha 20 nəfər əsir götürülüb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər