24 İyul 2020 20:09
4 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinə məxsus qırıcı Suriyada İranın “Mahan Air” şirkətinin sərnişin təyyarəsinə yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlıq Qərargahının yaydığı bəyanatda qırıcının bölgədə olan amerikalı hərbçilərin təhlükəsizliyindən əmin olmaq üçün sərnişin təyyarəsinə yaxınlaşdığını açıqlayıb.

Bildirilib ki, sərnişin təyyarəsi ABŞ hərbçilərinin bölgədəki qərargahına həddən artıq yaxınlaşdığı üçün xəbərdarlıq olaraq “F-15” qırıcısı havaya qaldırılıb.

Bəyanatda əməliyyat zamanı bütün təhlükəsizlik tədbirlərinin qorunduğu və təyyarəyə ziyan dəyməməsi üçün qırıcının onunla 1000 metr məsafə saxlandığı qeyd edilib. Obyektin sərnişin təyyarəsi olduğu aydınlaşandan sonra qırıcı bazaya qayıdıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər