İraqın paytaxtı Bağdadda hərbi bazalardan birinə raket zərbəsi endirilib.
Teleqraf.com xəbər verir ki, məlumata əsasən, Bismaya bazasının ərazisində dörd reaktiv mərmi partlayıb.
Hücum zamanı ölən olmasa da, bazaya ciddi ziyan dəyib.
Raketin kim tərəfindən reallaşdırıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, sözügedən bazada İspaniya hərbçiləri xidmət göstərir.