25 İyul 2020 11:58
7 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəhudi əsilli amerikalı akademik Luis Fişman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ayasofya məscidinin açılışında Quran oxumasına diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İsrailin “Haartez” qəzetinin yazarı sosial şəbəkədə Ərdoğanın Ayasofyada Quran oxuyarkən çəkilmiş fotosunu paylaşıb.

O, Ərdoğanı dinləyərək ürpərdiyini bildirib: “Bu tarixi anda Ərdoğanı Ayasofyada Quran oxuyarkən eşidəndə ətim ürpərdi. Bir nöqtədə susdum, bir çox hislərə qapıldım. Kimsə bu olayın böyüklüyünü kiçildə, qeyri-ciddiyə ala bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu