25 İyul 2020 15:14
5 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökuməti Liviya ilə sərhədlərdə yerləşən Utxman hərbi hava bazasının təmir-bərpa işlərini başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, baza Liviya sərhədlərinə təxminən 70 kilometr məsafədə yerləşir.

Türk mediası Misir Silahlı Qüvvələrinin çox sayda döyüş təyyarəsi və Pilotsuz Uçan Aparatının (PUA) dislokasiya edildiyini yazıb. Bazada ən azı 4 ədəd “Dassault Rafale”, 3 ədəd “MİG-29” tipli döyüş qırıcısının olduğu bildirilib. Ayrıca, hərbi hava bazasındakı hərbi texnikalar arasında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Wing Loong II S” PUA-ları da yer alır.

Bir neçə gün əvvəl isə Misir ordusuna məxsus çox sayda tankların Liviya ilə sərhədlərə dislokasiya edilməsi barədə videogörüntülər yayılmışdı.

Əlavə edək ki, iyulun 20-də Misir parlamenti Liviyaya yönəlik qanun layihəsini qəbul edərək, Prezident Əbdülfəttah əl-Sisiyə bu ölkəyə hərbi qüvvə göndərmə səlahyyəti vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu