25 İyul 2020 12:13
16 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) Rusiyanın “Vaqner” şirkəti vasitəsilə Liviyaya hərbi qüvvələrini yerləşdirməkdə davam etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, AFRICOM yaydığı açıqlamada rus hərbi qüvvələrinin Sirtədəki silahlı toqquşmanın ön cəbhəsində yer almasına dair peyk məlumatları əldə etdiyini bildirib.

AFRICOM-un əməliyyat rəisi general Bradford Gerinq deyib ki, Rusiya “Vaqner” qrupuna maddi vəsait və canlı qüvvə təmin edərək, Liviyadakı nüfuzunu genişləndirir: “Peykdən aldığımız görüntülər iddiaları inkar edən Rusiyanın maskasını cırır”.

AFRICOM-un Kəşfiyyat İdarəsi rəisinin köməkçisi general Qriqor Hedfild də yayılan məlumatları təsdiqləyib:

“Peyk görüntüləri Rusiyanın bölgədəki genişmiqyaslı varlığını göstərir. Rusiya Liviyada dayanma nöqtəsi axtarır”.

Rusiyanın Liviyaya “Vaqner”ə göndərdiyi hərbi texnikalar arasında “IL-76”lar da daxil olmaqla, yükdaşıma təyyarələri, hava hücumundan müdafiə sistemləri var. AFRICOM bundan əvvəl Liviyaya “MiG-29” və “Su-27” qırıcıları göndərdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu