İranın Qum şəhərinin imam-cüməsi Abbas Musəvi Mütləq qəribə açıqlaması ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, o, ötən gün cümə namazı xütbəsində koronavirusu “sekulyar virus” adlandırıb.
“Koronavirus dini ölkələri dinsizliyə sürükləməyə çalışan sekulyar virusdur. Koronavirus sekulyardır, amma biz məhərrəm və səfər aylarındakı dini ritualların keçirilməsi ilə bağlı yalnız dindar mütəxəssislərin fikirlərinə əsaslanacağıq”, - Musəvi Mütləq deyib.