25 İyul 2020 17:08
2 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhərrəm ayı əzadarlığı ölkənin koronavirusun yayılması baxımından, “qırmızı” vəziyyətdə olan bölgələrində də mütləq keçirilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Aşura məktəbi”nin düşmən qarşısında müqavimət simvolu olduğunu iddia edən Ruhani, həmçinin dini mərasimlərin koronavirusa yoluxmanı artırmadığını deyib. Bununla belə, İran prezidenti insanları keçiriləcək dini rituallar zamanı tibbi tövsiyələrə əməl etməyə və mərasimlərin açıq havada təşkil etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər