25 İyul 2020 20:09
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada COVID-19 virusuna infeksiyasına yoluxanların sayı 15 milyon nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, iyulun 24-də dünyada daha 289 min yoluxma halı aşkarlanıb, 6 min 199 nəfər həyatını itirib.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 16 milyon 5 min 319 nəfərə, ölənlərin sayı isə 643 min 872 nəfərə çatıb.

Eyni zamanda, 9 milyon 791 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 5 milyon 570 min xəstənin müalicəsi davam edir.


Müəllif: Teleqraf.com