Monqolustanın qərbindəju Zavxan əyalətinin Uliastai əyalətində karantin elan edilib.
Teleqraf.com xəbər verir ki, mahal sakinində aşkarlanan bubonik vəbası belə bir qərarın qəbuluna səbəb olub.
39 yaşlı sakinin xəstəliyin daşıyıcısı olan dağ siçanını yedikdən sonra halı pisləşdiyi bildirilir.
Xəstə dərhal xəstəxanaya çatdırılıb. Onunla təmasda olmuş azı 9 nəfər də karantinə alınıb.
Qeyd edək ki, daha əvvəl Monqolustanın Qərb bölgəsinin bir neçə mahalında vəba infeksiyası qeydə alınıb.
May ayında Monqolustanda ər-arvad adətə görə cansağlığı üçün dağ siçanı ətindən yeyəndən sonra bubonik vəbasından dünyasını dəyişiblər. 1911-ci ildə Çinin şimal-qərb bölgələrində 63 min nəfərin öldüyü vəba pnevmoniyasının dağ siçanından yayıldığı güman edilir.
Orta əsrlərdə təkcə Avropada 50 milyon insanın həyatına son qoymuş bubonik vəbası vaxtilə ən təhlükəli xəstəliklərdən sayılır.
Vəbanın üç formasından biri olan bubonik vəbası ağrılar, limf düyümlərinin şişməsi, qızdırma, üşümə, öskürmə kimi əlamətlərlə özünü göstərir.