26 İyul 2020 10:16
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Sietl şəhərində kütləvi iğtişaş olub.

Teleqraf.com "Fox News"a istinadla xəbər verir ki, iğtişaşlar zamanı azı 25 nəfər həbs edilib.

Məlumata görə, etirazçılar yetkinlik yaşına çatmayanlar üçün inşa edilən saxlama məntəqəsini yandırmağa və polis bölməsinin binasını partlatmağa cəhd ediblər.

Aksiya iştirakçıları polislərə daş, şüşə və partlayıcı maddələr atıb, ətrafdakı binaların şüşələrini sındırıblar.

İğtişaşlar zamanı azı 3 polis yaralanıb.

Etirazlara səbəb ABŞ polisinin qara dərili Corc Floydu öldürməsi olub.


Müəllif: Teleqraf.com