26 İyul 2020 12:31
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında keçirilən etiraz aksiyası zamanı azı bir nəfər güllələnib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, polis tərəfindən güllə yarası alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mayın 25-də internetdə yayılan videoda Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı afroamerikalı şəxsin saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis əməkdaşı onun qoluna qandal vuraraq yerə yıxır və ardından dizini boynuna qoyur. Videoda C.Floydun nəfəs ala bilmədiyi, qışqırdığı, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür. Bu olaydan qısa müddət sonra o, xəstəxanada ölüb.


Müəllif: Teleqraf.com