Rusiyada son sutkada 5 765 nəfərdə COVID-19 aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 812 485 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 77 nəfər artaraq 13 269-a yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 600 250 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti Moskvada aşkarlanıb – 683 nəfər.